DİQQƏT: adam oğurluğu ilə məşğul olan idmançılar axtarılır - YENİLƏNİB - FOTO

19 İyun 2017 11:56

11:56

Azərbaycanın hüquq-mühafizə orqanları adam oğurluğu və xuliqanlıq cinayətlərində təqsirləndirilən 5 nəfəri beynəlxalq axtarışa verib. 

Lent.az İnterpol-a istinadən xəbər verir ki, aralarında idmançıların da olduğu qrup üzvlərinin konkret hansı cinayətdə təqsirli bilindiyi məlum olmasa da, onların ölkədən çıxması müəyyən ediləndən sonra dövlətlərarası axtarışa veriliblər.

Axtarışa verilmiş şəxslər bunlardır:

Rüfət Əmirov - 32 yaş

Elvin Cəfərov - 37 yaş

Əli Hüseynli - 22 yaş

Rafət Əmirov- 38 yaş

Kamil Əmirov - 29 yaş

Axtarışa verilmiş şəxslərin xarakterik əlamətləri və digər şəxsi məlumatları barələrində qırmızı xətt üzrə açılmış bülletenlərdə toplanılıb. Axtarış tədbirləri həyata keçirilir.

-----------

11:14

Azərbaycan Respublkası daha bir şəxsi "İnterpol" xətti ilə beynəlxalq axtarışa verib.

Milli.Az report-a istinadən xəbər verir ki, 30 yaşlı Kamil Əmirov adam oğurluğuna cəhddə və xuliqanlıqda ittiham olunur.

Qeyd edək ki, boyu 173 sm olan K.Əmirov Azərbaycan vətəndaşıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində