Bakıda mənzildən çürümüş qadın meyiti tapıldı

19 İyun 2017 11:18

Bakıda mənzildən çürümüş meyit tapılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Rayon ərazisindəki evlərdən birində çürümüş qadın meyiti aşkar edilib.
 
Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin həmin evin sahibi, 1932-ci təvəllüdlü Lidiya Koruseva olması müəyyən edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində