İsrafilovun komandası La Liqa şansını itirdi

19 İyun 2017 10:24

Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun komandası "Kadiz" La Liqadan kənarda qalıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, komanda pley-off matçında "Tenerife"ni üstələyə bilməyib.

İlk görüşdə evdə minimal fərqlə qələbə qazanan (1:0) "Kadiz" səfər oyununda eyni hesabla yenilib. Ümumi hesab bərabərə olduğundan, əlavə 30 dəqiqə oynanılıb. Burda da qol olmadığından, "Kadiz" mübarizəni dayandırıb.
 
Çünki yarışın əsasnaməsinə görə, belə olduğu zaman İspaniya ikinci liqasında mövsümü yuxarı pillədə başa vuran tərəf qalib elan olunur. "Kadiz" 5-ci, "Tenerife" isə 4-cü yeri tutduğundan, ikincilər pley-off mərhələsində finala yüksəliblər. İlk qarşılaşmanı buraxan Eddi isə bu dəfə ehtiyatda qalıb.
 
La Liqaya vəsiqə uğrunda final oyunları "Tenerife" ilə "Xetafe" arasında keçiriləcək. Bu komandalar iyunun 21-də və 24-də üz-üzə gələcəklər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində