Türkiyə müxalifəti liderinin qardaşı aclıq aksiyasına başladı

19 İyun 2017 10:05

Türkyənin müxalifət Cumhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunun qardaşı Cəlal Kılıçdaroğlu aclıq aksiyasına başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Türkiyə mətbuatı aclıq aksiyasının səbəbi olaraq Cəlal Kılıçdaroğlunun öz qardaşına etiraz etməsi göstərilir.

Belə ki, Cəlal Kılıçdaroğlunun müxalifətçi qardaşının Gülən hərəkətini dəstəkləməsinə etiraz olaraq aclıq aksiyasına başlaması bildirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində