ABŞ-da yaşayış binası uçdu: 50 yaralı

19 İyun 2017 09:13

ABŞ-ın Montana ştatında yaşayış binasının qismən uçması nəticəsində azı 50 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, insident Leyksayd yaşayış məntəqəsi yaxınlığında qeydə alınıb.
 
İlkin məlumata görə, meşə massivində yerləşən kottecin eyvanı uçub. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Onlardan 2-in vəziyyətinin ağır olduğu bildirilir.
 
Hadisənin səbəbləri araşdırılır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində