Bakıda sərxoş piyadanı avtomobil vuraraq ağır xəsarət yetirib

19 İyun 2017 08:43

Bakının Suraxanı rayonunun eyniadlı qəsəbəsində sərxoş piyadanı avtomobil vuraraq ona ağır xəsarət yetirib.

Milli.Az report.az-a istinadən bildirir ki, 44 yaşlı Şerbakov Vyaçeslav yolun piyada üçün müəyyən edilməyən hissəsindən keçərkən onu "Opel" markalı avtomobil vurub.

O, hadisəni törədən sürücü tərəfindən xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az