4 yaşlı qızı cərəyan vuraraq öldürüb

19 İyun 2017 08:35

Abşeronda uşaq ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.

Belə ki, 2013-cü il təvəllüdlü Həsənova Müşgünaz Pərviz qızı evdə oyun oynayarkən ehtiyatsızlıqdan əlini elektrik sayğaçının açıq naqilinə vurub. Nəticədə cərəyan onu divara çırpıb və uşaq hadisə yerində ölüb.

Fakt araşdırılır.

Milli.Az