Otla dolu traktor qoşqusu yanıb

19 İyun 2017 08:18

Balakən rayonu, Tülü kəndində vətəndaşa məxsus "T-80" markalı traktorun qoşqusunun yanar hissələri və qoşquya yığılmış 3 ton ot bağlamasının 2 tonu yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, traktor və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 02:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az