Suriyanın hərbi təyyarəsi koalisiya qüvvələri tərəfindən vurulub

19 İyun 2017 00:50

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyaya məxsus hərbi təyyarəni vurub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Suriya ordusunun bəyanatında bildirilir.

Məlumata əsasən, insident Rakka şəhəri yaxınlığında baş verib. Pilotun taleyi naməlum olaraq qalır.

Milli.Az