Mustafa Ceceli yeni sevgilisini ailəsi ilə tanış etdi

19 İyun 2017 00:11

9 illik həyat yoldaşı Sinem Gedikdən boşanan müğənni Mustafa Ceceli yeni sevgilisi ilə evlilik yolunda daha bir addım atıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, boşandıqdan 5 gün sonra Selin İmerlə sevgili olduğu üçün tənqid olunan Mustafa onu ailəsi ilə tanış edib.

Müğənni iyulda evləməyə hazırlaşdığı Selini Floryada yaşayan ailəsinin yanına aparıb. O, ailəsinin bu münasibətə qarşı olduğu barədə şayiələrə son qoyub.

Milli.Az