TƏHLÜKƏ: Bu kadrlar Ərəbistanda yox, Azərbaycanda çəkilib - VİDEO

18 İyun 2017 22:25

Ərəblərdə adət etdiyimiz bu qayda pozuntusunu bu dəfə azərbaycanlı sürücüsü törətdi. Avtomobil hərəkətdə ola-ola sürücüsü qapını açaraq arxa oturacaqdan ön tərəfə keçərək maşını idarə edir.Nəticədə də həm özünün, həm də yolda olan digər sürücülərin həyatını təhlükəyə atır.

Milli.Az bildirir ki, sosıal şəbəkələrdə yayılan və nə vaxt lentə alındığı dəqiq bilinməyən bu kadrlar digər bir avtomobilin sürücüsü tərəfindən rayonlararası yolların birində qeydə alınıb.

Videodan göründüyü kimi 90 ZM 554 dövlət qeydiyyat nişanlı cib marakalı avtomobilin sürücüsü qayda pozur.Bir müddət sükan arxasından uzaqlaşan sürücü arxa oturacağa keçərək oradan yenidən ön oturacağa qayıdır və bununla nəyisə nümayiş etdirmək istəyir.

Bəs belə halda bu sürücünü hansı cəza gözləyir? Video ilə tanış olan Yol Hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, bu halda sürücünü inzibati xətalar məcəlləsinə görə yol polisi 40 manat miqdarında cərimə edə bilər. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
TƏHLÜKƏ: Bu kadrlar Ərəbistanda yox, Azərbaycanda çəkilib