Türkiyədə taksi dayanacağına partlayıcı atıldı - Yaralılar var - FOTO

18 İyun 2017 21:54

Türkiyənin Qaziantep şəhərində Mehmet G. adlı şəxs taksi dayanacağına partlayıcı tərkibli pirotexniki maddə atıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, 28 yaşlı şəxs səhər saatlarında taksi şirkətinə zəng vuraraq taksi sifariş verib.

Lakin, bilinməyən səbəbdən taksi sifariş yerinə getməyib. Bundan əsəbiləşən Mehmet günorta saatlarında taksi dayanacağına gedərək pirotexniki maddəni ora atıb. Hadisə zamanı iki nəfər xəsarət alıb.

Dayanacaqdakılar bomba atıldığını zənn edərək təşvişə düşüblər.

Mehmet G. polis tərəfindən saxlanılıb.

Milli.Az