Qəzaya uğramış təyyarə ilə bağlı xəbər var

18 İyun 2017 20:00

İyunun 7-də Andaman dənizində qəzaya uğramış Myanmaya məxsus hərbi təyyarənin "qara qutu"su aşkar edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təyyarənin "qara qutu"sunun iki elementi - səsyazan və parametrləri qeyd edən aparatlar yaxınlıqdakı hərbi gəmiyə yerləşdirilib.

Qeyd edək ki, təyyarə qəzaya uğrayan zaman göyərtəsində 122 nəfər olub. İndiyədək onlardan yalnız 92 nəfərinin cəsədi tapılıb.

Milli.Az