Samsung Galaxy J7 Max smartfonu təqdim olundu

20 İyun 2017 08:21

Cənubi Koreyanın "Samsung Electronics" korporasiyası "J Series" istehsal xəttinə məxsus "Galaxy J7 Max" smartfonunu təqdim edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni smartfon 1920x1080 piksel təsvir ölçüsünə malik 5,7 düymlük ekran, 2,3 QHs-dək takt tezlikli səkkiznüvəli "MediaTek Helio P20" prosessoru, "Mali-T880" qrafik sürətləndiricisi və "LTE Cat-6" (məlumatların 300 Mbit/s sürətində ötürülməsini təmin edir) modemi, 4 QB-lıq əməli yaddaş və 32 QB-lıq daxili yaddaşla təchiz edilib. 128 QB-dək tutuma malik "microSD" daşıyıcısının qoşulması mümkündür.

13 meqapiksellik matrisə malik əsas kamerada işıq diodu işıqlandırıcısından istifadə edilib, ön kameranın təsvir ölçüsü, həmçinin  13 meqapikseldir. Bundan başqa, qurğu "GPS", "Wi-Fi 802.11 b/g/n" və "Bluetooth 4.1" simsiz rabitə modulları, 3300 milliamper/saat tutumunda akkumulyator batareyası ilə təchiz edilib və "Android 7.0 Nougat" mobil  əməliyyat sistemi ilə idarə olunur. Barmaq izi skaneri və 2 ədəd SİM kart üçün slot mövcuddur.

20 iyun 2017-ci il tarixində satışa çıxarılacaq "Samsung Galaxy J7 Max" smartfonunun qiyməti məlum deyil. Yeni cihaz qara və qızılı rəngli korpuslarda əlçatan olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində