PSG-nin Ronaldu üçün təklifi məlum oldu

18 İyun 2017 13:29

PSG son günlər "Real Madrid"dən getmək istədyi deyilən Kriştianu Ronaldunun ələ keçirmək üçün kifayət qədər pul xərcləmək fikrindədir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Paris klubu ulduz futbolçunu 150 milyon avroya transfer edib ona mövsüm ərzində 30 milyon avro məvacib ödəməyə hazırdır. Bu barədə klubun prezidenti Naser Əl-Xəlaifi Ronaldunun agenti Jorje Mendeşə məlumat verib. "Daily Mail" qətərli funksionerlə Mendeş arasında görüşün iyunun 3-də Kardifdə baş tutduğunu yazır. Ronalduya "Manchester United", "Monaco" və bir Çin klubu da iddia edir. 

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində