"Ajax"ın yeni baş məşqçisi müəyyənləşdi

18 İyun 2017 11:50

Avropa Liqasının son finalçısı "Ajax" yeni baş məşqçisi müəyyənləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Amsterdam klubu 48 yaşlı Marsel Kayzerlə anlaşıb. O, 2019-cu ilə qədər nəzərdə tutulmuş müqaviləni imzalayıb. Kayzer bu postda Peter Boşu əvəzləyib. Boş ayın əvvəlində "Borussia Dortmund"un sükanı arxasına keçmişdi. Kayzer ötən mövsüm "Ajax"ın əvəzedici komandasını çalışdırıb.

"Mən klubun əvəzedici komandasını ikinci divizionda uğurlu mövsümə hazırlamağı planlaşdırmışdım. Amma futbolda nə olacağını bilmək çətindir. Bu gözəl imkandan ikiəlli yapışacam" - təcrübəli mütəxəsis qeyd edib.

Milli.Az