Rusiyadan Astana görüşləri ilə bağlı AÇIQLAMA

18 İyun 2017 09:21

Suriya böhranı ilə bağlı keçiriləcək Astana sammitinin növbəti görüşləri 4-5 iyul tarixlərində baş tuta bilər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Mixail Boqdanov deyib.

"Bu tarixləri təklif etdik və bütün tərəflərlə razılaşdırdıq. Qazaxıstan tərəfinin də razı olması mütləqdir. Bütün şərtlərin təmin ediləcəyinə və hər kəsin gələcəyinə ümid edirik", - XİN rəsmisi bildirib.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində