Fransada korrida zamanı DƏHŞƏT - Öküz matadoru öldürdü

18 İyun 2017 09:10

Fransanın İspaniya ilə həmsərhəd Mon de Marsan kommunasında tanınmış ispaniyalı matador İvan Fandinyo korrida zamanı faciəvi şəkildə ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, 36 yaşlı matador korrida zamanı büdrüyərək yerə yıxılıb. Öküz onu havaya tullayaraq buynuzu ilə vurub döş qəfəsini dəlib.

Ağ ciyərindən ağır xəsarət alan matadoru xilas etmək mümkün olmayıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində