Suriya ordusu 48 saatlıq atəşkəs elan edib

17 İyun 2017 23:59

Suriya ordusu Deraa şəhərində terrorçulara qarşı hərbi əməliyyatları 48 saat müddətinə dayandırıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Suriya ordusunun məqsədi barışığın əldə olunması istiqamətindəki səylərin dəstəklənməsidir.
 
"Suriya hökuməti atəşkəs rejiminin tətbiq etdirilməsində maraqlıdır və bu istiqamətdə səylər göstərməkdə davam etdirir", - deyə Suriya dövlət kanalının məlumatında bildirilir.   

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində