Üzerli qırmancdan qorxub başını örtdü - FOTO

17 İyun 2017 22:32

Almaniyalı aktrisa Məryəm Uzerli öz adını daşıyan kosmetika markası üçün Səudiyyə Ərəbistanına gedib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa Səudiyyə qanunlarına əməl edərək başını örtüb. Məryəm sosial şəbəkədə paylaşdığı fotosu ilə müzakirələrə səbəb olub.
 
Baş örtüsü və uzun qaftanla ağ-qara fotosunu İnstaqram hesabında yerləşdirən Uzerlinin başını qırmanc cəzasından canını qurtarmaq üçün bağladığı iddia edilib. Bundan əvvəlki ziyarətində başını örtməyən aktrisanın qırmancla döyülmək təhlükəsindən güclə xilas olduğu deyilirdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində