ABŞ-da 18 etirazçı saxlanılıb

17 İyun 2017 21:37

ABŞ-ın Sent Pol şəhərində (Minnesota ştatı) keçirilən etiraz aksiyası zamanı polis 18 fəalı həbs edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, etiraz aksiyası hərəkətin sıx olduğu magistral yollardan birində təşkil olunub.    
Aksiya iştirakçıları məhkəmənin ötən gün polis əməkdaşı Ceronimo Yanesə bəraət verməsinə etiraz ediblər.   
 
Qeyd edək ki, polis Ceronimo Yanes qaradərili Filando Kastilenin qətlində ittiham olunurdu.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində