İstanbul polisinin sabiq rəhbəri saxlanılıb

17 İyun 2017 21:06

İstanbul polisinin sabiq rəhbəri Hüsüyn Çapkın FETÖ ilə əlaqədə şübhəli bilinərək saxlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Çapkın İstanbul Ağır Cinayətlər Məhkəməsi onun həbsi barədə qərar çıxarmasından sonra polislərə təslim olub.

Qeyd edilir ki, məhkəmə Denizli əyalətinin sabiq valisi Abdulqadir Demirində həbs edilməsinə order verib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində