Küçə ticarəti ilə bağlı reyd keçirilib - VİDEO

17 İyun 2017 20:53

Abşeron rayonu, Xırdalan şəhərində İcra Hakimiyyəti əməkdaşları tərəfindən reyd keçirilib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, reydin məqsədi qanunsuz küçə ticarətinin və şəhərin ümumi görnüşünə xələl gətirən yöndəmsiz reklam lövhələrinin yığışdırlması olub. Fərdi sahibkar və obyekt sahibləri ilə təbliğati söhbətlər aparılıb.
Bundan sonra yol kənarında satışa çıxarılan mallar, eləcə də yöndəmsiz reklam lövhələri elə obyekt sahiblərinin özləri tərəfindən yığışdırılıb.
Lakin görülən tədbirlərə etiraz edənlər də olub.
Bu reydlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Xırdalanda küçə ticarəti və qanunsuz reklam lövhələri ilə bağlı reyd keçirilib