20 il sonra boşanan cütlük barışır

17 İyun 2017 17:00

Müğənni Coşkun Sabah 20 illik xanımı Ceyda Sabahan bu ilin mayında boşanmışdı.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, lakin onların yenidən bir araya gəlməsi hər kəsi təəccübləndirib.

Cütlük həmkarları Orxan GencebaySevim Emrenin iftar süfrəsində yanaşı görünüblər. Jurnalistlər onlara barışdıqları barədə sual verib. Coşkun suala "Belə bir şey yoxdur" desə də, Ceyda "hələ tezdir, görək zaman nə göstərir" deyib.

Milli.Az