Moskvada internat yanır - İnsanlar təxliyyə edilir

17 İyun 2017 16:30

Rusiyanın paytaxtı Moskvada psixonevroloji internatda yanğın hadisəsi qeydə alınıb.

Qafqazinfo Rusiya mətbuatına istinadən xəbər verir ki, yanğının günortaya yaxın Moskvanın cənubundakı 18 saylı psixonevroloji internatda baş verib.  

Hazırda fövqəladə xidmət əməkdaşları hadisə yerinədir. İnsanların təxliyəsi həyata keçirilir.

Yanğın yemək zalı üzərindəki tavanında başlayıb. 50 kvadratmetr sahənin yandığı vurğulanıb.

Yanğının baş vermə səbəbləri araşdırılır. 

Milli.Az