ABŞ-dan Yəmənə PUA hücumu: ölənlər var

17 İyun 2017 16:09

ABŞ Yəmənin cənub-şərqində yerləşən Şabva əyalətindəki Əl Naqba ərazisinə PUA-larla hücum edib.

Axar.az Türkiyənin "Star" qəzetinə istinadən xəbər verir ki, hücum nəticəsində "Əl Qaidə" üzvü olduğu iddia edilən iki nəfər həlak olub.

Ölənlərin kimliyi haqqında məlumat verilməyib.

Qeyd edək ki, ABŞ fevral ayından bəri Əl Qaidə üzvü olduğundan şübhələndiyi şəxslərə qarşı hücumlar təşkil edir.

Milli.Az