"Bu, Rusiya-ABŞ münasibətlərinə zərər vuracaq"

17 İyun 2017 15:44

ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar qəbul etməsi ölkəni dalana salmayacaq, amma bu ikitərəfli münasibətlərə zərər vuracaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin "Vesti şənbə günü" proqramına müsahibəsində  bildirib.

"Qeyd etmək vacibdir ki, okeanın o tayında hansı qərarlar qəbul edilirsə də, bu, bizi (Rusiyanı) dalana salmır. Amma bu, Rusiya-ABŞ münasibətlərinə zərər vuracaq.

Hər hansı cavab addımları barədə indi danışmaq tezdir, baxmaq lazımdır ki, bu nə ilə bitəcək", -deyə prezident əlavə edib.

Milli.Az