Prezident İlham Əliyev Angela Merkelə başsağlığı verdi

17 İyun 2017 14:39

Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federal Kansleri Angela Merkelə başsağlığı verib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli xanım Federal Kansler, Almaniya Federativ Respublikasının keçmiş Federal Kansleri, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Helmut Kolun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün Almaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Milli.Az