"Fənərbağça" yeni məşqçisinin adını açıqladı

17 İyun 2017 12:16

"Fənərbağça" yeni baş məşqçisinin adını açıqlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi Aykut Kocamanla anlaşıb. 52 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, son iş yeri "Konyaspor" olan Aykut Kocaman "Fənərbağça"da Dik Advaakatı əvəz edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində