Qarabağda daha 2 erməni hərbçi vuruldu

17 İyun 2017 11:21

Azərbaycan Ordusunun cəbhədə atəşkəs rejiminin pozulmasına cavab olaraq açdığı atəş nəticəsində 2 erməni hərbçi yaralanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, onlar İrəvandakı Mərkəzi Klinik Hərbi Hospitala aparılıb.
 
Ermənistan Müdafiə Nazirliyi hələlik yaralılar barədə xəbər yaymayıb.
 
Qeyd edək ki, eyni zamanda cəbhədə atəşkəs rejiminin pozulmasına cavab olaraq  Azərbaycan ordusunun açdığı atəş nəticəsində 3 erməni əsgər öldürülüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində