Qızıl 2 dollara yaxın bahalaşdı

17 İyun 2017 11:08

Amerika fond bazarında Dow Jones indeksi 0,11% - 21 384,28 bəndədək, S&P 500 0,03% - 2 443,15 bəndədək bahalaşıb, NASDAQ isə 0,22% - 6 151,75 bəndədək ucuzlaşıb.
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,60% - 7 463,54 bəndədək, Almaniya DAX-ı 0,48% - 12 752,73 bəndədək, Fransa CAC-40-ı isə 0,89% - 5 263,31 bəndədək bahalaşıb.
 
COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 1,90 dollar bahalaşaraq 1 256,50 dollara, gümüş isə 0,05 dollar azalaraq 16,66 dollara satılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində