İslam Mehrəliyev: "Məni siz qalib etdiniz"

17 İyun 2017 10:55

"Maşın" realiti-şousunun qalibi İslam Mehrəliyev təəssüratlarını bölüşüb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor ona səs verənlərə təşəkkürünü bildirib:

"Doğma Azərbaycanım, "Maşın" da məni qalib edən Allahın izni ilə siz oldunuz. Allahdan sizlərə can sağlığı, sağlam həyat arzu edirəm. Siz məni sevindirdiniz, Allah da sizi və ailənizi hər zaman sevindirsin. Bu gün Məryəm balanı evə gətirdim".

Qeyd edək ki, İslam bir neçə gün əvvəl ikinci dəfə ata olub. Qızı dünyaya gələn aktyor ona Məryəm adını qoyduqlarını deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində