Kirayə qaldığı evdə özünü asdı

17 İyun 2017 10:02

Abşeron rayonunda 47 yaşlı kişi kirayə yaşadığı evdə özünü asıb.

Milli.Az report-a istinadən xəbər verir ki, Ağcabədi rayon sakini, 1972-ci il təvəllüdlü Ağayev Əli Süleyman oğlu özünü iplə asaraq intihar edib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində