Bakıda mənzildə meyit tapıldı

17 İyun 2017 09:26

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Milli.Az FHN-ə istinadən xəbər verir ki, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1963-cü il təvəllüdlü Məmmədov Rəfail Təvəkkül oğlunun cəsədini aşkar edib.
 
Cəsəd aidiyyəti üzrə təhvil verilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində