Morata "Mançester Yunayted"lə razılığa gəldi

17 İyun 2017 18:11

"Real"dan ayrılacağı gözlənilən Alvaro Morata "Mançester Yunayted"lə razılığa gəlib. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ispan forvard "Qırmızı şeytanlar"la 4 illik müqavilə imzalayacaq. Onun yeni iş yerindəki illik qazancı 12 milyon avro təşkil edəcək. 

"Real" isə Moratanın satışından 73 milyon avro qazanacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində