Reynaldonun yeni imici - FOTO

17 İyun 2017 09:19

"Qarabağ"ın keçmiş oyunçusu Reynaldo maraqlı hərəkətlərlə gündəmə gəlir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, braziliyalı hücumçu hazırda fasilədən istifadə edərək vətənində dincəlir.

İstirahət zamanı tez-tez maraqlı məkanlarda, qəribə hərəkətlərlə diqqət mərkəzinə gələn Reynaldo bu dəfə də saçını yaşıl rəngə boyamaqla diqqət çəkib. Hücumçu sevgilisi ilə birlikdə instaqram üzərindən canlı yayım edərək izləyicilərini yeni imici ilə salamlayıb.
 
Qeyd edək ki, Reynaldo Ağdam klubundan ayrıldıqdan sonra "Adanaspor"a keçsə də, Türkiyə təmsilçisində uğurlu çıxış edə bilmədi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində