Bakıda fəhlə yıxılaraq xəsarət alıb

17 İyun 2017 08:48

Bakıda fəhlə iş zamanı yıxılaraq xəsarət alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Adıgözəlov Dövran Xocəsən qəsəbəsindəki fərdi yaşayış evlərindən birinin ikinci mərtəbəsində fasad təmiri zamanı yıxılaraq xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
D.Adıgözəlovun vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində