Neftçalada 80 yaşlı kişi özünü asdı

17 İyun 2017 08:28

Neftçala rayonunda intihar hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə gecə saatlarında, rayonun Aşağı Surra kəndində qeydə alınıb. Kənd sakini, 80 yaşlı İbrahim Əliheydər oğlu Rəhimov yaşadığı evdə özünü asıb. Hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub.
İntiharın səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində