Türkiyədə metroda qadınlar üçün ayrıca vaqon ayrılacaq

16 İyun 2017 18:58

Türkiyənin Bursa şəhər bələdiyyəsi metroda qadınlar üçün ayrıca vaqonun ayrılması layhəsini işə salıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, şəhərin bələdiyyə başçısı Rəcəb Altəpə bu addımın qadınların ictimai nəqliyyatda gediş-gəlişinin rahatlığı üçün atıldığını bildirib.

Şəhər rəhbərliyi müxalif düşərgənin etirazlarına baxmayaraq bu layihəni işə salacağını bildirib.

Milli.Az