Rafiq Hüseynovda yenidən şiş tapıldı - Türkiyəyə aparılır

16 İyun 2017 18:02

Xalq artisti, sevilən diktor Rafiq Hüseynovun bağırsağında şiş tapılıb. Xalq artisti təcili əməliyyat olunacaq.

Milli.Az xəbər verir ki, bu barədə yenicag.az-a diktor özü açıqlama verib. Acı xəbəri bizimlə bölüşən Rafiq Hüseynov Türkiyədə əməliyyat olunacağını bildirib:

"Xəstəxanadan evə buraxıldım, ayaqlarımdakı problem hələ də aradan qalxmayıb. Həkimlər daha bir xəstəlik aşkarlayıb, deyirlər bağırsağımda şiş var. Təcili əməliyyat olunmalıyam. Bunun üçün gələn həftə Türkiyəyə yola düşürəm. Orda müayinələr olunmalıdır. Görək həkimlər nə deyəcək. Ümidvaram ki, hər şey yaxşı olacaq".

Qeyd edək ki, məşhur diktor bir neçə ildir ağciyər xərçəngindən əziyyət çəkir. Eyni zamanda, son vaxtlar ayaqlarında da problemlər yaranıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində