Keçmiş deputatın qızından rüşvət alan polis kapitanı pulu geri qaytardı

16 İyun 2017 17:47

Publisist, eks millət vəkili Xeyrəddin Qocanın qızından 100 manat rüşvət alan polis əməkdaşı Emil Seyidov aldığı pulu geri qaytarıb.
 
Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, eks-deputat özü bu barədə sosial şəbəkə hesabında yazıb. "Camaat! Məlumunuz olsun ki, qızımdan 100 manat rüşvət alan Yasamal DYP kapitanı Emil Seyidov bu gün 100 manatı geri qaytardı. O, qızımın axırıncı pulunu aldığından, qız ağlaya-ağlaya çorək pulu üçün mənim yanıma gəlmişdı..."
 
Qeyd edək ki, iki gün əvvəl Xeyrəddin Qoca qızından rüşvət alındığı barəsində yazmışdı. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində