Aleksis Sançez Çilini həyəcanlandırdı

16 İyun 2017 23:39

İyunun 17-si Rusiyada Konfederasiyalar Kuboku başlayır. Burda iştirak edəcək komandalar artıq şimal qonşumuzun qonaqlarıdır. Bu arada Çili millisi gözlənilməz itki ilə üzləşə blər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, komandanın aparıcı futbolçularından olan Aleksis Sançez məşqdə zədələnib.Onun komanda yoldaşı Qonzalo Xara futbolçunun ciddi zədə almadığını və bu gün ümumi qrupla məşqlərə çıxdığını bildirib.

Amerika Kubokunun son qalibi Konfederasiyalar Kubokunda ilk görüşünü iyunun 18-də Kameruna qarşı keçirəcək.

Milli.Az