Beyonse əkiz doğdu - FOTO

16 İyun 2017 16:57

Dünyanın ən məşhur müğənnilərindən biri, amerikalı Beyonse Noulz əkizlərini dünyaya gətirib.

Milli.Az Daily Mail-ə istinadən bildirir, 35 yaşlı Beyonse oğul və qız doğub.

Müğənni, habelə onun 47 yaşlı əri, reper və prodüser Cey Zi bu barədə heç bir açqılama verməyiblər.

Əkizlər Los-Ancelesdəki hospitalda doğulublar.

2008-ci ildə ailə qurmş Cey Zi və Beyonsenin 5 yaşlı Blyu Ayvi adlı qızları da var.

Dünən ABŞ prezidenti Barak Obama reper Cey Ziyə videomüraciət ünvanlayaraq "Ümid edirəm ki, əkiz qızlarınız dünyaya gələcək" demişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində