Ərdoğandan Səudiyyə Ərəbistanına TƏKLİF: "Hərbi baza açaq"

16 İyun 2017 17:05

Türkiyə Səudiyyə Ərəbistanına hərbi baza açmaq barədə təklif bildirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Portuqaliyanın "RTP" telekanlına müsahibəsində deyib.

R.T.Ərdoğan deyib: "Hələ o zaman Qətər ərazisində hərbi baza açmaq barədə qərar qəbul edəndə mən Səudiyyə Ərəbistanı Kralı ilə görüş zamanı Krallıq ərazisində hərbi baza açmaq barədə təklif etmişdim".

Türkiyə prezidenti qeyd edib ki, o zaman Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz bildrib ki, Ər-Riyad bu variantı nəzərdən keçirəcək.

Daha sonra Ərdoğan fikrini tamamlayıb: "Lakin hələ bu günə qədər bizim krallıq ərazisində hərbi baza yerləşdirilməsi barədə təklifimizə Səudiyyə Ərbistanı cavab verməyib".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində