Din xadimini qəzəbləndirən sual: "Nişanlımın bacısı ilə evlənə bilərəm?" - VİDEO

16 İyun 2017 17:19

Türkiyənin ATV telekanalında Ramazan ayı boyunca iftar və sahur proqramı ilə tamaşaçılar ilə görüşən Nihat Hatipoğluna maraqlı suallar verilir.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, dünən yayımlanan sahur buraxlışında çəkiliş müydançasında olan tamaşaçılardan biri söz alaraq Hatipoğluna "Evlənmək üzrə olduğum qadından ayrılıb böyük bacısı ilə evlənə bilərəmmi?" sualı verib.

Bu sual qarşısında əsəbiləşdiyi müşahidə edilən Hatipoğlu "Çox çirkin olar. Ailəni parçalayar, ailənin tarazlığını pozar, ailədəki etibarı sarsıdar və iki bacı bir-birinə düşmən olar. Bizim adət-ənənələrimizə də ziddir" ifadələrini işlədib.

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Din xadimini qəzəbləndirən sual:

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində