Bakı Olimpiya Stadionunun ot örtüyü dəyişdirilir - FOTO

16 İyun 2017 15:12

Bakı Olimpiya Stadionunun ot örtüyü dəyişdirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, millimizin UEFA-nın seçmə mərhələ oyunlarını beynəlxalq standartlara cavab verən ot örtüyü üzərində keçirməsi məqsədlə proseslərə start verilib.

Ot örtüyünün bərpa prosesi bitdikdən sonra stadion turları yenidən fəaliyyətə başlayacaq.

Qeyd edək ki, millimiz DÇ-2018-in seçmə mərhələsində son 2 ev oyununu Bakı Olimpiya Stadionunda keçirəcək. Komandamız sentyabrın 4-də San Marino, oktyabrın 5-də isə Çexiya yığmasını qəbul edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində