Ronaldunun sevgililəri - FOTOSESSİYA

16 İyun 2017 18:11

Portuqaliya millisinin və "Real"ın hücumçusu Kriştianu Ronaldu təkcə yaşıl meydanlarda vurduğu qollarla deyil, şəxsi həyatı ilə də gündəmdən düşmür.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 32 yaşlı superulduz möhtəşəm oyunu ilə yanaşı, eşqbazlığı ilə məşhurdu.

Təsadüfi deyil ki, bu yaxınlarda surroqat-anadan əkiz övladları dünyaya gələn CR7 3 uşaq atası olmasına baxmayaraq, hələ də evlənməyib. Cemma Atkinson İrina Şeyklə bir yerdə olarkən buna yaxın olan Ronaldu indi də Corcina Rodrigeslə eşq macərası yaşayır.
 
Hələ də evlənmək niyyətində olmayan ulduz futbolçunun növbəti "qurbanı"nın ispaniyalı model olması təəccüb doğurmaz.
 
Avropa KİV-i Ronaldunun indiyə qədər eşqbazlıq etdiyi sevgililərinin siyahısını dərc edib. Maraqlıdı ki, onların arasında braziliyalı sabiq futbolçu Mario Jardelin bacısı Cordana Jardel və məşhur müğənni Paris Hilton da var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində