Metyu Brayza: "Enerji ehtiyatlarına nəzarət ABŞ-ın hədəfi deyil"

16 İyun 2017 13:33

ABŞ-ın xarici siyasətinin bir hissəsi enerji ehtiyatlarına çıxışın, onların dünya bazarına çıxarılmasının və istehlakçılara tədarükünün təmin olunmasından ibarətdir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş köməkçisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

Onun sözlərinə görə, bununla belə ABŞ öz qarşısına enerji ehtiyatlarına nəzarət olunması məqsədini qoymayıb və hətta ABŞ-ın enerji şirkətləri ölkə hökumətinin nəzarəti altında deyil.

M.Brayza qeyd edib ki, bu strategiya çərçivəsində ABŞ Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-
Ərzurum boru kəmərləri layihələrini dəstəkləyib, hazırda isə "Cənub Qaz Dəhlizi" layihəsinə dəstək göstərir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində