UEFA-dan danışılmış oyunlarla bağlı yeni qərar

16 İyun 2017 14:13

UEFA rəhbərliyi Avropa Klublar Birliyinin üzvləri ilə Fransada bir araya gəlib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, qitənin 54 ölkə nümayəndəsinin iştirakı ilə "Marsel"in stadionu "Velodrom"da keçirilən görüşdə danışılmış oyunlarla bağlı müzakirələr aparılıb.

Tədbirdən sonra mətbuata açıqlama verən UEFA rəsmisi Kris Bonett önəmli qərar qəbul etdiklərini söyləyib.
 
14 ölkədə danışılmış oyunları araşdırdıqlarını bildirən Bonett bundan sonra ölkə birincilikləri ilə bağlı qərar vermək səlahiyyətində olacaqlarını da əlavə edib: "Avropada təkcə avrokuboklara qatılacaq klubları yox, peşəkar çempionatlardakı bütün komandaları izləyəcək və danışılmış oyunlarla bağlı qərarları həmin ölkələrin federasiya rəhbərləri ilə birlikdə verəcəyik. Artıq xəbərdarlıqlarla iş görməyəcəyik, hər şeyi yerində izləyəcəyik. Danışılmış oyunlarla bağlı bütün ölkələrdə ayrıca komitə qurulacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində