Müğənni İbrahim Tatlısəsin oğlu İdo "Bir Hülya Avşar Söhbəti" verilişinin qonağı olub.
Milli.Az axşam.az-a istinadən bildirir ki, gənc ifaçı Hülyaya bacı-qardaşları ilə bağlı maraqlı etiraf edib. O, illər sonra ortaya çıxan bacısı Dilan Çıtakla necə tanış olmasından danışıb:
"İlk görüşümüzdə bir-birimizə yad gəlmədik. Elə bil, 40 ildir tanışıq. Yaxşı ki də, Dilan aramıza gəldi. Mənim üçün hər şeydən önəmli olan anam və atamdır. Bacı-qardaşlarımla heç bir problemim yoxdur. Bildiyim qədər, 7 uşağıq. Bunu hərdən aramızda zarafata da salırıq".
H.Avşarın "7 uşaq arasında miras davası çıxar" sualına İdonun cavabı belə olub:
"Atama dedim ki, bir kağız ver, sənin pulunu istəmədiyimə dair imza qoyum. Atam dedi ki, istəmirəm, aramızda problem yaransın".
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində